Azərbaycanlı müdafiəçi: "Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik"

Azərbaycanlı müdafiəçi: "Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik" Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdı və istəyirik ki, ilk növbədə xalqımızı sevindirək.
Futbol
15 Noyabr , 2019 20:08
Azərbaycanlı müdafiəçi: Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik

"Çox çətin qarşılaşma olacağını bilirik. Son ev matçımızdı və istəyirik ki, ilk növbədə xalqımızı sevindirək".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov Bakıda Uelsə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib.

Müdafiəçi sabah layiqli mübarizə aparmaq istədiklərini bildirib: "Millimizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Xallar qazanmaq istəyirik".

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi