Azərbaycanlı idman jurnalistləri Kiyevdə yerli həmkarları ilə yoldaşlıq görüşü keçirib

Azərbaycanlı idman jurnalistləri Kiyevdə yerli həmkarları ilə yoldaşlıq görüşü keçirib Kiyev. 29 iyul. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan azərbaycanlı idman jurnalistlərindən ibarət komanda ukraynalı həmkarları ilə yoldaşlıq görüşü keçirib.
Futbol
29 İyul , 2018 14:40
Azərbaycanlı idman jurnalistləri Kiyevdə yerli həmkarları ilə yoldaşlıq görüşü keçirib

Kiyev. 29 iyul. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə səfərdə olan azərbaycanlı idman jurnalistlərindən ibarət komanda ukraynalı həmkarları ilə yoldaşlıq görüşü keçirib.

"Report"un məlumatına görə, "Hidropark" İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılama qonaq komandanın 10:6 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində keçmiş SSRİ yığmasının və Kiyev "Dinamo"sunun tanınmış veteran futbolçusu İvan Yaremçuk da çıxış edib. Görüşü Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev başda olmaqla, diaspora nümayəndələri də izləyib.

Görüşdən sonra xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, səfər Gənclər və İdman Nazirliyi, həmçinin AAAF Park-ın təşkilati dəstəyi əsasında həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi