Yuxarı
    Bağlamaq

    Azərbaycan hakimlərinin Antalya toplanışının ləğv olunmasının səbəbləri açıqlanıb

    Toplanış Bakıda keçiriləcək

    Bakı. 2 yanvar. REPORT.AZ/ Azərbaycanın futbol hakimlərinin Türkiyənin Antalya bölgəsində keçirilməsi nəzərdə tutulan ənənəvi qış təlim-məşq toplanışı ləğv olunub. Bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

    O bildirib ki, toplanış Bakıda keçiriləcək. X.Məmmədovun sözlərinə görə, hakimlər qış toplanışı paytaxtda keçirəcək Premyer Liqa klublarının yoxlama görüşlərini idarə edəcəklər: "Bizə lazım olan oyunların olmasıdır. Klublarımızdan bir neçəsi Bakıda qalacaq. İnanıram ki, hakimləri sınaqdan keçirmək üçün kifayət qədər oyunlar olacaq".

    X.Məmmədov Antalya toplanışının ləğv olunması səbəblərini də açıqlayıb: "Çətinliklər var. Amma bir amili də nəzərə almaq lazımdır ki, Rusiya-Türkiyə münasibətlərinə görə, rusların xeyli sayda klubu Türkiyəyə gəlməyəcək. Bu da qış təlim-məşq toplanışı üçün Antalyaya az sayda komandanın gəlcəyini deməyə əsas verir. Üstəlik planın dəyişməsinə dolların məzənnəsinin qalxması da səbəb olub".

    Qeyd edək ki, azərbaycanlı hakimlər 2009-cu ildən qış toplanışını Antalyada keçiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi