Yuxarı
    Bağlamaq

    Azərbaycanlı futbolçunun klubu maddi problemlə üzləşib

    Fakel rəhbərliyinin futbolçulara əmək haqqı borcu var

    Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi Rusiyanın “Fakel” klubu maddi problemlə üzləşib. 

    “Report” xəbər verir ki, bu barədə Voronej təmsilçisinin baş məşqçisi Pavel Qusev sportbox.ru saytına bildirib.

    O, klubun borcu olduğunu və gərgin günlər yaşadıqlarını etiraf edib. Baş məşqçi təşkilati məsələlərlə bağlı da çətinlik yaşadıqlarını söyləyib. Qusev “Voronej vilayətinin qubernatoru ilə sonuncu dəfə nə vaxt görüşmüsünüz” sualına belə cavab verib: “İlk və sonuncu dəfə 2015-ci ildə komandaya II liqanın qızıl medallarını təqdim edən zaman”.

    Qeyd edək ki, I divizionun XXI turu çərçivəsində keçirilmiş “Luç-Energiya” – “Ximki” görüşünün 15-ci dəqiqəsində meydan sahiblərinin futbolçuları ictimaiyyətin diqqətini maddi çətinliklərə çəkmək üçün oyunu dayandırıblar.

    “Fakel” hazırda 21 xalla 18-ci pillədə qərarlaşıb. Voronejlilər sonuncu – 20-ci sıradakı “Rotor”dan 1 xal çox toplayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi