Yuxarı
    Bağlamaq

    Azərbaycanlı futbolçuların komandası Portuqaliya çempionatında növbəti məğlubiyyətlə üzləşib

    Boavişta klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib

    Bakı. 11 dekabr. REPORT.AZ/ "Boavişta" klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib.

    "Report"un məlumatına görə, XIII tur qarşılaşmasında rəqib "Gimaraynş" olub.

    Görüş qonaqların qələbəsi ilə başa çatıb. Oyunun əvvəllərində tərəflər hərəyə bir dəfə fərqləniblər. İkinci hissənin ortalarında isə "Gimaraynş" qələbə topunu vurub.

    "Boavişta"nın heyətində Azərbaycan yığmasının oyunçularından qapıçı Kamran Ağayev 90 dəqiqəni meydanda olub. Emin Mahmudov isə 70-ci dəqiqədə oyuna daxil olub.

    Beləliklə, 6-cı məğlubiyyətlə üzləşən Ağayevlə Mahmudovun komandası 13 turdan 13 xalla 14-cü illədə qərarlaşıb və autsayderlər sırasına düşmə təhlükəsi ilə üzləşib. Xallarını 24-ə çatdıran "Gimaraynş" isə 4-cü pilləyə yüksəlib.

    00:30. "Boavişta" - "Gimaraynş" - 1:2

    Qollar: Filip Sampayo, 5 - David Teişeyra, 3. Paolo Urtado, 68

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi