​Azərbaycanlı futbolçu Xorvatiya klubunda ilk oyununu keçirib

​Azərbaycanlı futbolçu Xorvatiya klubunda ilk oyununu keçirib Görüş "Hayduk"un qələbəsi ilə yekunlaşıb - 3:0
Futbol
5 Mart , 2015 06:07
​Azərbaycanlı futbolçu Xorvatiya klubunda ilk oyununu keçirib

Bakı. 5 mart. REPORT.AZ/ "Neftçi" klubundan icarəyə götürülmüş azərbaycanlı futbolçu Ruslan Qurbanov Xorvatiya "Hayduk"unun heyətində debüt edib.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçunun yeni komandasında ilk matçı "Vinoqradar"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib.

Qurbanov 46-cı dəqiqədə ukraynalı legioner Artyom Milevskinin əvəzinə meydana daxil olub. Görüş "Hayduk"un qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan 2-ni Baliç, digərini Yojinoviç vurub.

Beləliklə, ilk görüşdə də 3:0 hesablı qələbə qazanan "Hayduk" yarımfinala yüksəlib. Növbəti mərhələdə Split təmsilçisinin rəqibi "Dinamo" (Zaqreb) olacaq.

Qeyd edək ki, "Hayduk"un rəsmi saytı Ruslan Qurbanovu rus kimi qələmə verib. Halbuki əslən dağıstanlı olan Qurbanov Azərbaycan vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi