Azərbaycanlı futbolçu koronavirus xəbərlərini "feyk" adlandırdı

Azərbaycanlı futbolçu koronavirus xəbərlərini "feyk" adlandırdı Ukraynanın Dinamo (Kiyev) komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirusla bağlı vəziyyəti feyk adlandırıb.
Futbol
19 Mart , 2020 14:32
Azərbaycanlı futbolçu koronavirus xəbərlərini feyk adlandırdı

Ukraynanın "Dinamo" (Kiyev) komandasının əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev koronavirusla bağlı vəziyyəti feyk adlandırıb. 

"Report"un məlumatına görə, bununla bağlı keçmiş yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində video paylaşıb. 

"Küçədə gəzdim, xalq çöldədir, insanlar çoxdur, uşaqlar lap çoxdur, hava yaxşıdır. Fikrimcə, koronavirus-filan - hamısı feykdir. Kiməsə bu koronavirus lazımdır və kimsə bunların hamısını ortaya atıb. Bu gün İtaliyada 368 nəfərin öldüyünü eşitdim. Amma fikrimcə, bunların hamısı feykdir. Əsas odur ki, özünüzü qoruyun, sağlam olun", - A.Əliyev vurğulayıb.

Qeyd edək ki, COVID-19 ötən ilin sonlarında Çində qeydə alınıb. Son məlumatlara əsasən, bu xəstəlik 8 000-dən çox insanın həyatına son qoyub. Müalicə olunanların sayı isə 85 mindən çoxdur. 

Son xəbərlər

Orphus sistemi