Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər

Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər "Şportfroynde" klubu Rüfət Dadaşovun xidmətində maraqlıdır
Futbol
10 Yanvar , 2018 10:25
Azərbaycanlı futbolçu Almaniyada klubunu dəyişə bilər

Bakı. 10 yanvar. REPORT.AZ/ Hazırda Berlin "Dinamo"sunda forma geyən Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov karyerasını Almaniyanın III Liqasının "Şportfroynde" klubununda davam etdirə bilər.

“Report”un “Revier Sport”a istinadən verdiyi məlumata görə, Lotte şəhərinin təmsilçisi 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Komandanın məşqçisi Jozep Laumann Dadaşovu transfer etməyi düşündüklərini bildirib. Onun sözlərinə görə, cari mövsümdə vurduğu 19 qolla Şimal-Şərq zonasında bombardirlik yarışına başçılıq edən forvard "Şportfroynde"ni gücləndirəcək səviyyədədir: “Cari mövsümdə iştirak etdiyi 18 oyunda 19 qol vuran Rüfət Dadaşovun xidmətində maraqlıyıq. Amma bunun mümkün olub-olmadığına baxmalıyıq. Çünki futbolçunun "Dinamo" ilə mövsümün sonunadək müqaviləsi var. O, "Reqensburq"a keçən Hamadi Əl-Qaddiuinin boşluğunu doldura bilər”.

Bildirilir ki, "Şportfroynde" Əl-Qaddiuinin satışından 30 – 75 min avro əldə edəcək. Həmin vəsaitin Dadaşovun transferinə yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. 

Son xəbərlər

Orphus sistemi