Azərbaycanın daha bir futbol klubunda Müşahidə Şurası yaradılıb

Azərbaycanın daha bir futbol klubunda Müşahidə Şurası yaradılıb "Turan-Tovuz" bu addımı atan ilk I Divizion təmsilçisidir
Futbol
30 Noyabr , 2015 12:06
Azərbaycanın daha bir futbol klubunda Müşahidə Şurası yaradılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan "Turan Tovuz" klubunda Müşahidə Şurası yaradılıb. "Report"un məlumatına görə, 5 nəfərdən ibarət Şuraya olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin direktoru Oqtay Abdullayev sədr seçilib.

Üzvlər isə Tovuz rayon icra hakimiyyətinin Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaşar İbrahimov, iş adamı Oqtay Hümbətov, veteran futbolçu Zahid Əsgərov və Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Ramiz Allahverdiyevdir. İcraçı direktor funksiyası isə Azərbaycan millisinin və "Turan"ın sabiq hücumçusu Nadir Nəbiyevə həvalə olunub.

Qeyd edək ki, indiyədək Azərbaycan Premyer Liqasındakı bir neçə klubda Müşahidə Şurası yaradılıb. Amma "Turan Tovuz" bu addımı atan ilk I Divizion təmsilçisidir. 

Son xəbərlər

Orphus sistemi