Azərbaycanın I Divizionunda 2017-2018 mövsümünün mükafatçıları müəyyənləşib

Azərbaycanın I Divizionunda 2017-2018 mövsümünün mükafatçıları müəyyənləşib Bakı. 11 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda 2017-2018 mövsümünə yekun vurulub.
Futbol
11 May , 2018 19:58
Azərbaycanın I Divizionunda 2017-2018 mövsümünün mükafatçıları müəyyənləşib

Bakı. 11 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda 2017-2018 mövsümünə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - XXVII turda çempionatın bürünc medalçısı da müəyyənləşib. "Şüvəlan" komandası "Xəzər"i 2:0 hesabı ilə məğlub etməklə cari mövsümü 3-cü pillədə başa vurub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Öncə "Şüvəlan" komandasının üzvlərinə bürünc, ardınca "Qaradağ Lökbatan"ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran "Xəzər" komandasına qızıl medallar və kubok təqdim olunub.

Qeyd edək ki, mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.

Son xəbərlər

Orphus sistemi