Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi istefaya göndərilib
Futbol
- 06 sentyabr, 2017
- 14:00
Bakı. 6 sentyabr. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə istefaya göndərilib.
"Report"un məlumatına görə, bu barədə qərar yığmanın İsrail və İrlandiya yığmaları ilə keçirdiyi Avropa çempionatının seçmə mərhələ matçlarının nəticələrinə əsasən çıxarılıb.
Bu gün Y.Vahabzadə 1:3 hesabı ilə uduzduqları hər iki matçla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssisin U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Yaşar Vahabzadə 2015-ci il yanvarın 9-dan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi vəzifəsində çalışırdı.
Son xəbərlər
08:51
Pentaqona Avropadakı hərbçilərinin sayını 76 mindən aşağı salmaq qadağan edilir
Digər ölkələr08:46
Çinlə ABŞ arasında ticarət həcmi 17,5% azalıb
Digər ölkələr08:33
AEBA ekspertləri "Fukusima" AES-də suyun axıdılması prosesini yoxlayacaq
Digər ölkələr08:18
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:17
Pentaqon qarşıdakı iki ildə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək
Digər ölkələr08:09
Kamboca Tailandı sülh bəyannaməsini pozmaqda ittiham edib
Digər ölkələr07:37
NYT: Deportasiya edilmiş İran vətəndaşlarını daşıyan ikinci təyyarə ABŞ-dən yola düşüb
Digər ölkələr07:04
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
İnfrastruktur06:53