Yuxarı

Azərbaycanı "Qızıl top" sorğusunda milli komandanın baş məşqçisi qismində təmsil etmiş şəxs müəyyənləşib

Qalibin adı gələn il yanvarın 12-də açıqlanacaq

Bakı. 11 noyabr. REPORT.AZ/ 2014-cü ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün FİFA tərəfindən keçirilən sorğuda Azərbaycanı baş məşqçi qismində Mahmud Qurbanov təmsil edib. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. 

M.Nərimanoğlunun sözlərinə görə, Qurbanov bu funksiyanı yığmanın müvəqqəti baş məşqçisi kimi yerinə yetirib. O, "Qızıl top"a namizəd saydığı 3 oyunçunun adını müəyyənləşdirərək, ali futbol qurumuna göndərib. Eyni zamanda, Rəşad Sadıqov millinin kapitanı kimi öz seçimini edib.

Qeyd edək ki, FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını oktyabrın 27-də açıqlayıb. "Qızıl top"un sahibi ali futbol qurumuna üzv ölkələrin milli komandalarının baş məşqçi və kapitanları, eləcə də jurnalistləri arasında sorğu nəticəsində müəyyənləşir. Azərbaycanı jurnalist qismində "Futbol dünyası" qəzetinin əməkdaşı Rasim Mövsümov təmsil edib. Qalib futbolçunun adı 2015-ci il yanvarın 12-də açıqlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi