Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib

Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib Premyer Liqanın ilk turunun açılış oyununda ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gəlir
Futbol
11 Avqust , 2017 21:09
Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib
Courtesy İmage

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib.

“Report”un məlumatına görə, Premyer Liqanın ilk turunun açılış oyununda bütün milli çempionatlar iştirak edən ölkənin iki ən titullu komandası – “Neftçi” və “Qarabağ” üz-üzə gəlir.

“Bakcell Arena”da baş tutan və saat 21:00-da başlayan matçın start fitindən əvvəl dövlət himni səslənib.

Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. “İnter” – “Qəbələ” matçı avqustun 12-ə təyin edilib. “Sumqayıt” – “Kəpəz” və “Zirə” – “Səbail” qarşılaşmaları isə bazar günü keçiriləcək.

Azərbaycan Premyer Liqası

I tur

11 avqust (cümə)

21:00. “Neftçi” – “Qarabağ”

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi