Yuxarı

Azərbaycanda 16 yaşlı futbolçu hakimləri hədələdiyi üçün cəzalanıb - FOTO

AFFA İntizam Komitəsi Sumqayıtın oyunçusunu cəzalandırıb

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycanda 16 yaşlı futbolçu oyun zamanı hakimlər briqadasına hədə-qorxu gəlib. "Report"un məlumatına görə, xoşagəlməz olay U-16 Liqasının “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra baş verib.

Hakimləri hədələyən şəxs meydan sahiblərinin 2000-ci il təvəllüdlü oyunçusu Vaqif Həsənov olub. AFFA İntizam komitəsi onu 5 oyunluq cəzalandırıb. "Sumqayıt" klubundan "Report"a bildirilib ki, hazırda məsələ araşdırılır.

Qeyd edək ki, Vaqif Həsənov 23 sentyabr 2000-ci ildə dünyaya gəlib. O, Sumqayıtdakı orta məktəblərdən birində təhsil alır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi