Yuxarı

Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

18 futbolçudan 7-si Qəbələni təmsil edir

Bakı. 3 oktyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si "Qəbələ"ni təmsil edir. Heyətdə Ukrayna "Şaxtyor"u və Hollandiya "Den Boş"undan çağırılmış legionerlər də var.

SOYAD, AD
KLUB
Hacıyev RuslanQarabağ
Camalov FamilQarabağ
Cəfərov YusifKəpəz
Əliyev Emilİnter
Bayramlı TuralSumqayıt
Əliyev ƏliSumqayıt
Krivotsyuk AntonNeftçi
Buludov ÖmərNeftçi
Camalov CamalZirə
Orucov ElnurQəbələ
Süleymanov SüleymanQəbələ
Seydiyev AminQəbələ
Hacıyev HacıağaQəbələ
Muradov RövlanQəbələ
Dəmirov ElvinQəbələ
Nəbiyev FəridQəbələ
Xaçayev MuradŞaxtyor (Ukrayna)
Əzizov ZiyaDen-Boş (Hollandiya)

Təqvimə əsasən, Litvada keçiriləcək ilk seçmə mərhələ oyunlarına oktyabrın 4-də start veriləcək. Həmin gün Azərbaycan millisi Avstriya ilə üz-üzə gələcək. Oktyabrın 6-da rəqib Bosniya və Herseqovina, oktyabrın 9-da isə Litva olacaq. Hər 3 oyun saat 15:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi