Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb 18 futbolçudan 7-si "Qəbələ"ni təmsil edir
Futbol
3 Oktyabr , 2016 10:16
Azərbaycan yığmasının Avropa çempionatının ilkin seçmə mərhələsi üçün heyəti açıqlanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Nazim Süleymanov 18 futbolçuya dəvət göndərib. Onlardan 7-si "Qəbələ"ni təmsil edir. Heyətdə Ukrayna "Şaxtyor"u və Hollandiya "Den Boş"undan çağırılmış legionerlər də var.

SOYAD, AD
KLUB
Hacıyev Ruslan Qarabağ
Camalov Famil Qarabağ
Cəfərov Yusif Kəpəz
Əliyev Emil İnter
Bayramlı Tural Sumqayıt
Əliyev Əli Sumqayıt
Krivotsyuk Anton Neftçi
Buludov Ömər Neftçi
Camalov Camal Zirə
Orucov Elnur Qəbələ
Süleymanov Süleyman Qəbələ
Seydiyev Amin Qəbələ
Hacıyev Hacıağa Qəbələ
Muradov Rövlan Qəbələ
Dəmirov Elvin Qəbələ
Nəbiyev Fərid Qəbələ
Xaçayev Murad Şaxtyor (Ukrayna)
Əzizov Ziya Den-Boş (Hollandiya)

Təqvimə əsasən, Litvada keçiriləcək ilk seçmə mərhələ oyunlarına oktyabrın 4-də start veriləcək. Həmin gün Azərbaycan millisi Avstriya ilə üz-üzə gələcək. Oktyabrın 6-da rəqib Bosniya və Herseqovina, oktyabrın 9-da isə Litva olacaq. Hər 3 oyun saat 15:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi