Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirəcək

Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirəcək Rəqib Litva yığması olacaq
Futbol
9 Yanvar , 2017 09:31
Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə ilk oyununu keçirəcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığması bu gün FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XIX ənənəvi beynəlxalq turnirdə ilk oyununu keçirəcək. 

"Report"un məlumatına görə, rəqib Litvanın müvafiq yaş qrupuna aid komandası olacaq. Bakı vaxtı ilə saat 13:00-da başlayacaq qarşılaşma Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək. C qrupunun digər görüşü saat 15:15-də Slovakiya və Qazaxıstan yığmaları arasında olacaq. 

Qeyd edək ki, Azərbaycan millisi yanvarın 11-də Qazaxıstanla qarşılaşacaq. Yanvarın 13-də isə rəqib Slovakiya yığması olacaq. 4 qrupda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. Sonrakı 2 pillənin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi