Yuxarı

Azərbaycan yığması Malta ilə 2 yoldaşlıq görüşü keçirəcək

Baş məşqçi Nazim Süleymanov 24 futbolçuya dəvət göndərib

Bakı. 30 iyul. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası avqustun 1-dən Bakıda təlim-məşq toplanışına başlayacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millinin üzvləri Maltadan olan həmyaşıdları ilə iki yoldaşlıq görüşü keçirəcək.

Oyunlar avqustun 5-də və 7-də Bayıl stadionunda olacaq və saat 20.00-da başlayacaq.

Baş məşqçi Nazim Süleymanov toplanışa 24 futbolçu dəvət edib:

Elvin Sərkərov (“Neftçi”)

Rəsul Babazadə (“Neftçi”)

Sərtan Taşkın (“İnter”)

İlkin Sadıqov (“İnter”)

Elnur Orucov (“Qəbələ”)

Bəhlul Mustafazadə (“Qəbələ”)

Yusif Nəbiyev (“Qəbələ”)

Ayxan Əsədov (“Qəbələ”)

Emin Zamanov (“Qəbələ”)

Roman Hüseynov (“Qəbələ”)

Elnur Cəfərov (“Xəzər Lənkəran”)

Şahsuvar İsazadə (“Xəzər Lənkəran”)

Əlibəy Məmmədli (“Zirə”)

Ramil Orucov (“Sumqayıt”)

Xəyal Nəcəfov (“Sumqayıt”)

Emil Həsənzadə (“Sumqayıt”)

Mahir Mədətov (“Qarabağ”)

Emil Əliyev (“Bakı”)

Eltun Turabov (“Qarabağ”)

Elçin İsmayılov (“Qarabağ”)

Ağaseyid Qasımov (MOİK)

Fərid Kərimzadə (MOİK)

İsmayıl İbrahimli (AZAL)

Samir Musayev (“Ağsu”)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi