Azərbaycan Qran Prisinin qalibi "Qarabağ"ı ziyarət edib

Azərbaycan Qran Prisinin qalibi "Qarabağ"ı ziyarət edib Qurban Qurbanov qonağa onun adı yazılan formanı hədiyyə edib
Futbol
29 Noyabr , 2017 18:19
Azərbaycan Qran Prisinin qalibi Qarabağı ziyarət edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Formula 1 üzrə Azərbaycan Qran Prisinin son qalibi, "Red Bull" pilotu Daniel Rikkardo komandanın qonağı olub. 

Kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov onun adı yazılan formanı hədiyyə edib. Rikkardo isə daha sonra özünə məxsus ayaqqabıları imzalayaraq baş məşqçiyə verib. Daha sonra futbolçularla söhbət edən Rikkardo bir neçə dəqiqə komanda ilə məşqə qatılıb. 

Son xəbərlər

Orphus sistemi