Yuxarı

Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub

Turun son oyununda İnter AZAL-ı məğlub edib

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna yekun vurulub. "Report"un məlumatına görə, turun son oyununda "İnter" və AZAL komandaları qarşılaşıblar.

"İnter Arena"da keçirilən oyunun ilk dəqiqələrindən hücuma atılan meydan sahibləri 30-cu dəqiqədə məqsədinə nail olub. "Bankirlər"in heyətində Dieqo Martins künc zərbəsindən qaldırılan topu tora qovuşdurub. ilk 45 dəqiqə "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissədə də meydan sahibləri üstünlüyü əldən verməyib. Abbas Hüseynov 85-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb və 90 dəqiqənin sonunda qələbə qazanan tərəf "İnter" olub - 2:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi