Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.
Bir illik fasilədən sonra yenidən Premyer Liqaya vəsiqə qazanan "Rəvan" "Sumqayıt"la üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
Turun mərkəzi görüşü isə Qəbələdə baş tutacaq. Qəbələnin eyniadlı komandası ilə "Qarabağ" münasibətlərinə aydınlıq gətirəcək. "Qırmızı-qaralar"la Ağdam təmsilçisinin görüşünün start fiti də 21:00-da səslənəcək.
Azərbaycan Premyer Liqası, I tur
10 avqust
21:00. "Rəvan" - "Sumqayıt"
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
"Bayıl Arena”
21:00. "Qəbələ” – "Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
09 avqust (bazar)
"Neftçi" – "Kəpəz" - 0:0
"Zirə” – AZAL - 1:0
Qol: Viktor İqbekoyi, 6
"Xəzər Lənkəran” – "İnter” - 2:0
Qollar: Elnur Cəfərov, 7. Rahid Əmirquliyev, 31