​Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulacaq

​Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulacaq Turun mərkəzi görüşü Qəbələdə baş tutacaq
Futbol
10 Avqust , 2015 09:42
​Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulacaq

Bakı. 10 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/2016 mövsümünün ilk turuna yekun vurulacaq. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma baş tutacaq.

Bir illik fasilədən sonra yenidən Premyer Liqaya vəsiqə qazanan "Rəvan" "Sumqayıt"la üz-üzə gələcək. "Bayıl Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Turun mərkəzi görüşü isə Qəbələdə baş tutacaq. Qəbələnin eyniadlı komandası ilə "Qarabağ" münasibətlərinə aydınlıq gətirəcək. "Qırmızı-qaralar"la Ağdam təmsilçisinin görüşünün start fiti də 21:00-da səslənəcək.

Azərbaycan Premyer Liqası, I tur

10 avqust

21:00. "Rəvan" - "Sumqayıt"

Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Rövşən Əhmədov

"Bayıl Arena”

21:00. "Qəbələ” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

09 avqust (bazar)

"Neftçi" – "Kəpəz" - 0:0

"Zirə” – AZAL - 1:0

Qol: Viktor İqbekoyi, 6

"Xəzər Lənkəran” – "İnter” - 2:0

Qollar: Elnur Cəfərov, 7. Rahid Əmirquliyev, 31

Son xəbərlər

Orphus sistemi