Azərbaycan Premyer Liqasının 3 oyunu təxirə salınıb

Azərbaycan Premyer Liqasının 3 oyunu təxirə salınıb Çempionat avqustun 8-də start götürməyəcək
Futbol
5 Avqust , 2015 14:50
Azərbaycan Premyer Liqasının 3 oyunu təxirə salınıb

Bakı. 5 avqust. REPORT.AZ Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib. "Report"un məlumatına görə, Peşəkar Futbol Liqası klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.

İlk turun "Neftçi” – "Kəpəz” oyunu 8 avqustdan 9 avqusta keçirilib. "Rəvan” və "Sumqayıt” görüşü 8 avqustda deyil, 10 avqustda reallaşacaq. "Qəbələ” – "Qarabağ” matçı isə 9 avqustda yox, 10 avqustda baş tutacaq.

Beləliklə, Azərbaycan Premyer Liqası bir gün təxirə salınaraq, 9 avqustda start götürəcək. Həmin gün "Neftçi" - "Kəpəz", "Xəzər Lənkəran" - "İnter" və "Zirə" - AZAL görüşləri keçiriləcək. Ertəsi gün "Rəvan" "Sumqayıt"ı, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi