Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək Açılış oyununda "Qarabağ" doğma azarkeşlər önündə Bakının "İnter" klubunu qəbul edəcək
Futbol
22 Aprel , 2016 07:01
Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək

Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

"Report"un məlumatına görə, turun açılış oyununda "Qarabağ" doğma azarkeşlər önündə Bakının "İnter" klubunu qəbul edəcək.

Turnir cədvəlinin vahid lideri "Qarabağ" evdə paytaxt klubu üzərində qələbə qazanacağı təqdirdə ən yaxın qonşusu "Zirə" ilə xal fərqini 12-yə yüksəldəcək. UEFA tərəfindən bir il müddətinə avrokuboklardan kənarlaşdırılan "İnter" isə cari mövsümdə yüksək pillələrdə qərarlaşaraq cəza müddətini başa vurmağa çalışır. Səfərdə əldə olunan 3 xal "bankirlər"i 3-cü pillədə möhkəmləndirəcək.

Komandalar bu günədək 46 oyun keçirib. Bu görüşlərin 20-si "Qarabağ", 10-u isə "İnter"in qələbəsi ilə başa çatıb. Qalan 16 oyunda bərabərlik qeydə alınıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 9 ildir öz meydanında "İnter"ə uduzmur. Paytaxt klubu isə son 14 səfər qarşılaşmasında qalib gəlməyib və "bakılılar" son 22 matçda yalnız 1 qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, XXXI tur

19:00. "Qarabağ" – "İnter"

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "Azersun Arena"

Qeyd edək ki, turun digər oyunlar 23-24 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi