Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq "Kəpəz" "Qəbələ"ni, "İnter" "Qarabağ"ı qəbul edəcək
Futbol
16 Aprel , 2017 09:18
Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq

Bakı. 16 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. “Report”un məlumatına görə, matçlardan biri Gəncədə, digəri Bakıda keçiriləcək.

Gəncədə Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə can atan “Kəpəz”lə çempionluq ümidini saxlayan “Qəbələ” üz-üzə gələcək. Vəziyyət elə gətirib ki, heç-heçə heç kimin işinə yaramır. Düzdür, əldə olunacaq bir xal bu komandaların xəyallarının üstündən xətt çəkmir, lakin şanslarını ciddi şəkildə azaldır.

Paytaxtda lider “Qarabağ” cari mövsümdə qalib gələ bilmədiyi yeganə komandanın - “İnter”in qonağı olacaq. Qalibiyyət Ağdam klubunu qızıl medallara bir qədər də yaxınlaşdıra bilər. Çempionluğun erkən rəsmiləşməsi üçün isə “Qəbələ”nin Gəncədə uduzması, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi isə “ağ-göylər”lə dueldə tilsimi qırması vacibdir.

Bürünc medalları özü üçün təmin edib, gümüşə “əlcək atan” “İnter”ə də qələbə lazımdır. “Qəbələ” səfərdə uduzmasa və Zaur Svanadzenin komandası “Qarabağ”a yenilsə, bakılılar üçüncülüklə kifayətlənməli olacaqlar. Qəbələ təmsilçisi 3 xal qazanacağı təqdirdə, “İnter”ə heç-heçə də sərf etmir.

Qeyd edək ki, ilk oyun günündə iki matç baş tutub. “Sumqayıt” “Zirə” görüşündə 1:1 hesablı heç-heçə qeydə alındığı halda, “Neftçi” AZAL-ı 4 cavabsız qolla üstələyib.

Azərbaycan Premyer Liqası

XXVI tur

16 aprel (bazar)

16:00 “Kəpəz” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

İlk üç dövrə - 0:2, 1:2, 1:1

18:30 “İnter” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim inspektor: Kərim Ağayev

“İnter Arena”

İlk üç dövrə - 2:1, 0:0, 1:0

N Klublar O Q H M T-F X

1 Qarabağ 25 16 5 4 39-12 53

2 Qəbələ 25 13 10 2 43-14 49

3 İnter 25 11 10 4 36-25 43

4 Zirə 26 8 9 9 23-26 33

5 Sumqayıt 26 8 8 10 25-32 32

6 Neftçi 26 9 2 15 23-40 29

7 Kəpəz 25 6 9 10 19-26 27

8 AZAL 26 1 7 18 12-45 10

Son xəbərlər

Orphus sistemi