Yuxarı

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub - VİDEO

Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub - VİDEO
Lider Qarabağ qələbə qazanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son oyunu lider "Qarabağ"la debütant "Səbail" arasında olub.

"Bayıl Arena"da baş tutan görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın taleyini Mahir Mədətovun 51-ci dəqiqədə vurduğu qol həll edib.

Bu qalibiyyətdən sonra "Qarabağ" xallarının sayını 41-ə çatdırıb. "Səbail" isə 14 xalla 6-cı sıradadır.

İlk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib. Bu gün baş tutan digər qarşılaşmada "Keşlə" "Kəpəz"i məğlub edib 1:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi