Yuxarı
    Bağlamaq

    ​Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb

    2015-ci ilin ilk oyununda Bakı İnteri və Sumqayıt qarşılaşacaq

    Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb. "Report"un məlumatına görə, 2015-ci ilin ilk oyununda Bakı "İnter"i və "Sumqayıt" qarşılaşacaq.

    Turun 4 qarşılaşmasından 3-ü Bakıda keçiriləcək. Bölgədə keçiriləcək yeganə oyun həm də turun son görüşü olacaq. Zaqatalada baş tutacaq matçda "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək.

    30 yanvar (cümə)

    16:00. "İnter" (Bakı) – "Sumqayıt"

    Bakı. "İnter Arena"

    31 yanvar (şənbə)

    16:00. AZAL (Bakı) – "Neftçi" (Bakı)

    Bakı. "AZAL Arena"

    01 fevral (bazar)

    14:00. "Bakı" – "Qəbələ"

    Bakı. “Bakı" klubunun təlim-məşq bazasının stadionu

    17:00. "Simurq" (Zaqatala) – “Xəzər Lənkəran”

    Zaqatala. Zaqatala şəhər stadionu

    Qeyd edək ki, Premyer Liqada çıxış edən komandaların sayı tək olduğundan "Qarabağ" klubu bu tur istirahət edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi