Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun proqramı açıqlanıb. "Report"un məlumatına görə, 2015-ci ilin ilk oyununda Bakı "İnter"i və "Sumqayıt" qarşılaşacaq.
Turun 4 qarşılaşmasından 3-ü Bakıda keçiriləcək. Bölgədə keçiriləcək yeganə oyun həm də turun son görüşü olacaq. Zaqatalada baş tutacaq matçda "Simurq" və "Xəzər Lənkəran" komandaları üz-üzə gələcək.
30 yanvar (cümə)
16:00. "İnter" (Bakı) – "Sumqayıt"
Bakı. "İnter Arena"
31 yanvar (şənbə)
16:00. AZAL (Bakı) – "Neftçi" (Bakı)
Bakı. "AZAL Arena"
01 fevral (bazar)
14:00. "Bakı" – "Qəbələ"
Bakı. “Bakı" klubunun təlim-məşq bazasının stadionu
17:00. "Simurq" (Zaqatala) – “Xəzər Lənkəran”
Zaqatala. Zaqatala şəhər stadionu
Qeyd edək ki, Premyer Liqada çıxış edən komandaların sayı tək olduğundan "Qarabağ" klubu bu tur istirahət edəcək.