Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO Son oyun günündə "Qəbələ" "Neftçi"ni məğlub edib
Futbol
24 Sentyabr , 2017 19:58
Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub - VİDEO
Foto: Report.az

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

"Report" xəbər verir ki, həftənin son matçı Qəbələdə baş tutub.

Şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi"nin duelində meydan sahibləri qalib gəliblər. "Qırmızı-qaralar" ilk yarıda rəqib qapısına iki dəfə yol tapdıqları halda, qonaqlar fasilədən sonra bu qollardan yalnız 1-nin əvəzini çıxmağı bacarıblar.

Oyunun nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Bu qələbədən sonra xalını 13-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. "Neftçi" isə 1 xalla 7-ci sıradadır.

Azərbaycan Premyer Liqası

VI tur

24 sentyabr (bazar)

18:00. "Qəbələ” – "Neftçi” - 2:1

Qol: Stiven Monroz, 4. Baqali Dabo, 40 - Namiq Ələsgərov, 48

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun ilk üç oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1, "Səbail" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Zirə" - "İnter" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi