Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək Turun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək
Futbol
25 Sentyabr , 2015 12:58
Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək. "Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Tura "İnter" - "Kəpəz" oyunu ilə start veriləcək. Komandalar "İnter Arena"da üz-üzə gələcək. Paytaxt təmsilçisi qələbə sayəsində iddiaçılar sırasındakı mövqeyini möhkəmləndirəcəksə, gəncəlilər ən yaxşı halda aktivində 8 xal olan "Neftçi" ilə xallarını bərabərləşdirəcək. "İnter" son 3 qarşılaşmada qalib gəlib. "Kəpəz" isə 5 oyundur qalib gələ bilmir. Paytaxt təmsilçisi tarixi ərzində evdə gəncəlilərə uduzmayıb.

"Rəvan" isə doğma azarkeşlər önündə "Qəbələ"ni qəbul edəcək. "Qırmızı-qaralar" üçün 3 xal ilk üçlükdə möhkəmlənmək və Avropa Liqasının qrup mərhələsində "Krasnodar"la səfər qarşılaşması (Rusiya) öncəsi motivasiya olacaqsa, "Rəvan" qələbə sayəsində sonuncu pillələrdən xilas ola bilər. "Rəvan" son 5 qarşılaşmada qalib gəlməyib. "Qəbələ" səfərdəki bütün matçlarda qələbə qazanıb.

25 sentyabr

19:00. "İnter" - "Kəpəz"

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Vüsal Əliyev

"İnter Arena"

20:00. "Rəvan" – "Qəbələ"

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Rahil Ramazanov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Murad Məmmədov

"Bayıl Arena"

Qeyd edək ki, turun digər oyunları sentyabrın 26-27-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi