Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb Tura "Qəbələ" - "Neftçi" matçı ilə start veriləcək
Futbol
26 Oktyabr , 2016 16:29
Azərbaycan Premyer Liqasında növbəti turun proqramı açıqlanıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 29-da Qəbələdə start veriləcək. 

Eyniadlı komanda ilk dövrədə Bakıda 8:0 hesablı məğlubiyyətə uğratdığı "Neftçi"ni öz meydanında sınağa çəkəcək. Bu görüşün ardından autsayder AZAL liderlər qrupundakı "Qarabağ"ı qəbul edəcək. 

Turun proqramı:


29 oktyabr (şənbə)

AZAL – “Qarabağ”
“AZAL Arena”, 17:00

“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00

30 oktyabr (bazar)

“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 14:00

“İnter” – “Sumqayıt”
“İnter Arena”, 16:00 

Qeyd edək ki, bütün oyunlar CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq. 

Son xəbərlər

Orphus sistemi