Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyun cədvəli müəyyənləşib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı tura oktyabrın 29-da Qəbələdə start veriləcək.
Eyniadlı komanda ilk dövrədə Bakıda 8:0 hesablı məğlubiyyətə uğratdığı "Neftçi"ni öz meydanında sınağa çəkəcək. Bu görüşün ardından autsayder AZAL liderlər qrupundakı "Qarabağ"ı qəbul edəcək.
Turun proqramı:
29 oktyabr (şənbə)
AZAL – “Qarabağ”
“AZAL Arena”, 17:00
“Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu, 15:00
30 oktyabr (bazar)
“Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu, 14:00
“İnter” – “Sumqayıt”
“İnter Arena”, 16:00
Qeyd edək ki, bütün oyunlar CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.