Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub

Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub "İnter" səfərdə, "Neftçi" evdə çətinliklə qələbə qazanıb
Futbol
13 Fevral , 2017 19:29
Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün keçirilən 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tura yekun vurulub. "Report"un məlumatına görə, AZAL "İnter"i, "Neftçi" isə "Sumqayıt"ı qəbul edib.

İlk 2 dövrədə "təyyarəçilər"i 3:1 və 3:0 hesabı ilə məğlub edən "İnter" bu dəfə rəqibini çətinliklə üstələyib. Qonaqlar kapitan Nizami Hacıyevin gözəl qolu ilə 3 xal qazanıblar. Bu qalibiyyətdən sonra Zaur Svanadzenin baş məşqçisi olduğu kollektiv xallarını 32-yə çatdırıb. Lakin komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "İnter" 3-cü, AZAL isə sonuncu - 8-ci pillədədir.

Turun son oyunu "Bakcell Arena"da "Neftçi" ilə "Sumqayıt" arasında keçirilib. "Sumqayıt" ilk 2 dövrədə rəqibini 2:1 və 2:0 hesabı ilə məğlub etdiyindən, qarşılaşma gərgin mübarizə vəd edirdi. Qarlı hava şəraitində xeyli sayda real qol vəziyyətləri yaradan "Neftçi" 86-cı dəqiqədə arzusuna çatıb. Hüqo Barqas komandasına 3 xal qazandıran qola imza atıb.

Bu qələbədən sonra xalını 16-ya çatdıran "Neftçi" 1 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. "Sumqayıt" isə 22 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası, XVIII tur

13 fevral (bazar ertəsi)

15:00 AZAL – “İnter” 0:1

Qol: Nizami Hacıyev, 84

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena”

İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3

17:30 “Neftçi” – “Sumqayıt” 1:0

Qol: Huqo Barqas, 86

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

“Bakcell Arena”

İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2

O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 18 8 8 2 29-18 32
4 Sumqayıt 18 5 7 6 19-23 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Neftçi 18 5 1 12 14-33 16
7 Kəpəz 18 3 6 9 12-22 15
8 AZAL 18 1 5 12 8-32 8


Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 10 qol Baqali Dabo ("Qəbələ") - 7 qol.

Son xəbərlər

Orphus sistemi