Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümündə legionerlərə qoyulan rüsumun məbləği 4 dəfə azaldılıb. "Report"un məlumatına görə, bu barədə AFFA İcraiyyə komitəsinin iclasının ardından jurnalistlərə açıqlamasında qurumun prezidenti Rövnəq Abdullayev bildirib.
O deyib ki, rüsumun məbləği 5000 manata endirilib. Yığma komandalarda oynayan legionerlər üçün rüsum ödənilməyəcək.
Cərimə məbləğlərində də 20 faiz azalma baş verib.