Yuxarı

​Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb

Qarabağ - Xəzər Lənkəran qarşılaşması Ramil Diniyevə həvalə olunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Topaz Premyer Liqasının IV turunda keçiriləcək oyunlar üçün hakim təyinatları məlum olub. "Report"un məlumatına görə, "Qarabağ" - "Xəzər Lənkəran" qaşrılaşması Ramil Diniyevə həvalə olunub.

"Qəbələ"nin "İnter"lə səfər qarşılaşmasına isə FİFA referisi Rəhim Həsənov təyinat alıb. Daha bir beynəlxalq dərəcəli hakim Orxan Məmmədov "Sumqayıt" - "Zirə" matçında iş başında olacaq. 

5 görüşdən 2-də əlavə köməkçi hakimlərin xidmətindən istifadə ediləcək. Bu, "Kəpəz" - AZAL və "Rəvan" - "Neftçi" qarşılaşmalarında baş verəcək.  

12 sentyabr (şənbə)

20:30. "Qarabağ" – "Xəzər Lənkəran"

Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev

"Dalğa Arena"

16:00. "Kəpəz" – AZAL

Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov

Gəncə şəhər stadionu

20:00. "İnter" – "Qəbələ"

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə

"İnter Arena"


13 sentyabr (bazar)

21:00. "Rəvan" – "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev

"Bayıl Arena"

19:00. "Sumqayıt" – "Zirə"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov

"Kapital Bank Arena"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi