Azərbaycan Premyer Liqasında ilk 3 turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında ilk 3 turun oyun cədvəli açıqlanıb Çempionatın tam təqvimi avqustun 25-dən sonra müəyyənləşəcək
Futbol
29 İyul , 2016 18:36
Azərbaycan Premyer Liqasında ilk 3 turun oyun cədvəli açıqlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün ilk 3 turunun oyun cədvəli açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın tam təqvimi avqustun 25-dən sonra müəyyənləşəcək.

Buna səbəb “Qarabağ” və “Qəbələ” klublarının avrokuboklarda çıxışını davam etdirməsidir. Nəticələrə uyğun olaraq Premyer Liqanın tam təqvimi tərtib olunacaq.

Topaz Premyer Liqası 

Birinci dövrə

I tur

6 avqust (şənbə)

AZAL - “Neftçi”

“Zirə” - “Sumqayıt”

7 avqust (bazar)

“Qarabağ” - “İnter”

8 avqust (bazar ertəsi)

“Qəbələ” - “Kəpəz”

II tur

11 avqust (cümə axşamı)

“Sumqayıt” - “Qarabağ”

12 avqust (cümə)

“İnter” - “Qəbələ”

13 avqust (şənbə)

“Kəpəz” - AZAL

14 avqust (bazar)

“Neftçi” - “Zirə”

III tur

19 avqust (cümə)

“Zirə” - AZAL

“İnter” - “Kəpəz”

20 avqust (şənbə)

“Qarabağ” - “Neftçi”

21 avqust (bazar)

“Qəbələ” - “Sumqayıt”

Qeyd edək ki, avqustun 20-21-də keçiriləcək “Qarabağ” - “Neftçi” və “Qəbələ” - “Sumqayıt” matçlarının günü klubların avrokuboklardakı oyunlarına görə dəyişdirilə bilər. 

Son xəbərlər

Orphus sistemi