Yuxarı

​Azərbaycan Premyer Liqasında iki qarşılaşmanın vaxtı dəyişdirilib

Neftçi - Qəbələ oyunu bir gün əvvələ, Sumqayı - İnter matçı bir gün sonra keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun 2 oyununun vaxtı dəyişdirilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" - "Qəbələ" oyunu bir gün əvələ, "Sumqayıt" - "İnter" görüşü isə bir gün sonraya keçirilib. 

Bakıdakı qarşılaşmanın tarixində dəyişiklik Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ"nin müraciəti əsasında gerçəkləşib. PFL müraciəti və oyunun canlı yayımlanmasını nəzərə alaraq, matçı oktyabrdın 18-dən 17-nə keçirib. Canlı yayımla əlaqədar "Sumqayıt" – "İnter" matçının da vaxtı dəyişdirilib. "Kapital Bank Arena"da gerçəkləşəcək qarşılaşma 17 oktyabrda deyil, bir gün sonra baş tutacaq.

Qeyd edək ki, daha öncə "Neftçi" - "Qəbələ" matçının stadionu da dəyişdirilib. Qonaq komandanın Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcəyi oyun "Bakcell Arena"da baş tutacağından, "Neftçi" ilə matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna keçirilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi