​Azərbaycan Premyer Liqasında iki qarşılaşmanın vaxtı dəyişdirilib

​Azərbaycan Premyer Liqasında iki qarşılaşmanın vaxtı dəyişdirilib "Neftçi" - "Qəbələ" oyunu bir gün əvvələ, "Sumqayı" - "İnter" matçı bir gün sonra keçirilib
Futbol
13 Oktyabr , 2015 12:18
​Azərbaycan Premyer Liqasında iki qarşılaşmanın vaxtı dəyişdirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun 2 oyununun vaxtı dəyişdirilib. "Report"un Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" - "Qəbələ" oyunu bir gün əvələ, "Sumqayıt" - "İnter" görüşü isə bir gün sonraya keçirilib. 

Bakıdakı qarşılaşmanın tarixində dəyişiklik Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ"nin müraciəti əsasında gerçəkləşib. PFL müraciəti və oyunun canlı yayımlanmasını nəzərə alaraq, matçı oktyabrdın 18-dən 17-nə keçirib. Canlı yayımla əlaqədar "Sumqayıt" – "İnter" matçının da vaxtı dəyişdirilib. "Kapital Bank Arena"da gerçəkləşəcək qarşılaşma 17 oktyabrda deyil, bir gün sonra baş tutacaq.

Qeyd edək ki, daha öncə "Neftçi" - "Qəbələ" matçının stadionu da dəyişdirilib. Qonaq komandanın Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcəyi oyun "Bakcell Arena"da baş tutacağından, "Neftçi" ilə matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna keçirilib.  

Son xəbərlər

Orphus sistemi