Yuxarı

​Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib

Qapılara ümumilikdə 4 top vurulub

Bakı. 17 Avqust. REPORT.AZ/ Avqustun 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında II turun iki oyunu keçirilib.

“Report” xəbər verir ki, turun birinci qarşılaşmasında “Kəpəz” doğma meydanda Bakının “Zirə” klubunu qəbul edib.

Oyun boyu üstün futbol sərgiləyən ev sahibləri artırma dəqiqələrində qol buraxaraq heç-heçə ilə barışıblar - 1:1.

Digər görüşdə “Sumqayıt” öz meydanında “Xəzər Lənkəran” ilə qarşılaşıb. İlk hissədə qapılara 2 top vurulub – 1:1. İkinci hissədə qol olmayıb və matç bu hesabla başa çatıb.

Azərbaycan Premyer Liqası. II tur

“Kəpəz” – “Zirə” – 1:1

Qollar: Şəhriyar Rəhimov, 73 (1:0), İqor İvanoviç, 90+2 (1:1).

“Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1

Qollar: Bəxtiyar Həsənəlizadə, 10 (1:0), Elşən Rzazadə, 37 (1:1).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi