Azərbaycan Premyer Liqasında futbolçu ilə təmsil olunan ölkələrin sayı 81-ə çatıb

Azərbaycan Premyer Liqasında futbolçu ilə təmsil olunan ölkələrin sayı 81-ə çatıb Ötən tur iki ölkədən 3 futbolçu debüt edib
Futbol
12 Fevral , 2018 10:44
Azərbaycan Premyer Liqasında futbolçu ilə təmsil olunan ölkələrin sayı 81-ə çatıb

Bakı. 12 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar olub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatları tarixində ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxıblar.

“Zirə”nin futbolçusu Uilyams Evans “Sumqayıt”la ev oyununda debüt edib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşüb. Onadək bu ölkədən heç bir oyunçu Premyer Liqada çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədir. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk ünvanına “Zirə”nin oyunçusu yiyələnib.

“Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı olub. 30 yaşlı yarımmüdafiəçi “Səbail”lə ev oyununda debüt edib. Bununla da Qambiya Premyer Liqada təmsil olunan 81-ci ölkə olub.

Bu rəqəm XV turadək sonradan bir neçə yerə bölünən ölkələri də (yəni 2006-cı ilədək mövcud olan Serbiya və Monteneqro, bölündükdən sonrakı Serbiya, Monteneqro ayrı ölkələr kimi qəbul olunur) nəzərə almaqla 79-a bərabər idi.

Son xəbərlər

Orphus sistemi