Azərbaycan Premyer Liqasında debütant "Səbail” flaqmanı məğlub edib

Azərbaycan Premyer Liqasında debütant "Səbail” flaqmanı məğlub edib Qarşılaşmada yeganə qolu Elman Taqayev vurub
Futbol
19 Avqust , 2017 21:23
Azərbaycan Premyer Liqasında debütant Səbail” flaqmanı məğlub edib

Bakı. 19 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
"Report"un məlumatına görə, həftənin açılış oyununda debütant "Səbail” i elitanın ən qocaman komandası "Neftçi”ni qəbul edib.
"Dalğa Arena”da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu Elman Taqayev vurub.

Azərbaycan Premyer Liqası
II tur
19 avqust
"Səbail” – "Neftçi” 1:0
Qol: Elman Taqayev, 90
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov

"Dalğa Arena”

Son xəbərlər

Orphus sistemi