Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2015-2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşkatmaya 10 komanda qatılıb.
Bunlardan 7-si - "Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran" və "Sumqayıt" ötən mövsüm də yüksək liqada çıxış edib, "Zirə" və "Kəpəz" isə I diviziondan elitaya çıxıb. 10-cu komandaya gəldikdə, maddi problemlər üzündən Premyer Liqada iştirak edə bilməyəcək "Simurq"u yüksək liqa təcrübəsinə malik "Rəvan" əvəzləyib.
Beləliklə, ilk turun oyunları müəyyənləşib. Püşkatma yolu ilə cütlüklərin tərkibi belə formalaşıb:
"Qəbələ" - "Qarabağ"
"Zirə" - AZAL
"Neftçi"- "Kəpəz"
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt".
Qeyd edək ki, "Kəpəz", "Xəzər Lənkəran", "Qəbələ və "Sumqayıt" istisna olmaqla, qalan komandalar ev oyunlarını Bakı və Bakıətrafı qəsəbələrdə keçirəcəklər.