Azərbaycan Premyer Liqasında 2015-2016-cı il mövsümünün püşkü atılıb - FOTO

Azərbaycan Premyer Liqasında 2015-2016-cı il mövsümünün püşkü atılıb - FOTO Maddi problemlər üzündən Premyer Liqada iştirak edə bilməyəcək "Simurq"u yüksək liqa təcrübəsinə malik "Rəvan" əvəzləyib
Futbol
21 İyul , 2015 12:43
Azərbaycan Premyer Liqasında 2015-2016-cı il mövsümünün püşkü atılıb - FOTO

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2015-2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, püşkatmaya 10 komanda qatılıb.

Bunlardan 7-si - "Qarabağ", "İnter", "Qəbələ", "Neftçi", AZAL, "Xəzər Lənkəran" və "Sumqayıt" ötən mövsüm də yüksək liqada çıxış edib, "Zirə" və "Kəpəz" isə I diviziondan elitaya çıxıb. 10-cu komandaya gəldikdə, maddi problemlər üzündən Premyer Liqada iştirak edə bilməyəcək "Simurq"u yüksək liqa təcrübəsinə malik "Rəvan" əvəzləyib.

Beləliklə, ilk turun oyunları müəyyənləşib. Püşkatma yolu ilə cütlüklərin tərkibi belə formalaşıb:

"Qəbələ" - "Qarabağ"

"Zirə" - AZAL

"Neftçi"- "Kəpəz"

"Xəzər Lənkəran" - "İnter"

"Rəvan" - "Sumqayıt".

Qeyd edək ki, "Kəpəz", "Xəzər Lənkəran", "Qəbələ və "Sumqayıt" istisna olmaqla, qalan komandalar ev oyunlarını Bakı və Bakıətrafı qəsəbələrdə keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi