"Qarabağ" "Sabah"ı darmadağın edib - YENİLƏNİB

"Qarabağ" "Sabah"ı darmadağın edib - YENİLƏNİB Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Futbol
13 Aprel , 2019 20:31
Qarabağ Sabahı darmadağın edib - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən "Qarabağ" bir günlük də olsa, vahid lider olub. "Sabah" isə 26 xalla 5-cidir.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.


***17:55

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qəsəbə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "Zirə"nin legioneri Xulio Sezar Rodrigez vurub. Paraqvaylı hücumçu 31-ci dəqiqədə hesabı açıb. İlkin Qırtımov isə 90+1-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub. 

Bu nəticədən sonra 25-ci xalını qazanan "Zirə" 6-cı pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 20 xalla 7-cidir.

Qeyd edək ki, günün digər oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" qarşılaşmaları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi