Yuxarı

Azərbaycan Premyer Liqası: "Qəbələ" səfərdə "Keşlə"ni məğlub edib

​Azərbaycan Premyer Liqası: "Qəbələ" səfərdə "Keşlə"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, autsayder "Keşlə" "ASK Arena"da "Qəbələ"ni qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda tərəflərdən heç biri fərqlənə bilməyib. İkinci hissə başlayan kimi Ceyms Adeniyi hesabı açıb. O, Premyer Liqada 9-cu qolunu vurub. 64-cü dəqiqədə Adeniyi qış fasiləsindən transfer olunmuş Davit Volkova məhsuldar ötürmə verib. Gürcüstanlı hücumçu isə həm özünün, həm də komandasının aktivinə ikinci qolu yazıb.

"Keşlə" isə təsəlli qolunu 76-cı dəqiqədə vurub. Con Kamara künc zərbəsindən sonra qapı qarşısında yaranmış qarışıqlıq nəticəsində topu tora göndərib.

Bu qələbə sayəsində xallarını 33-ə yüksəldən "Qəbələ" 4-cü pillədə qalsa da, 3-cü pillədəki "Səbail" komandası ilə xal fərqini minimuma endirib. "Keşlə" isə 19 xalla sonuncu pillədə qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Sumqayıt"ı 2:0, "Qarabağ" "Sabah"ı 3:0 hesabı ilə yenib. Tura saat 18:00-da başlanacaq "Səbail" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XXIV tur

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ” - 1:2

Qollar: Con Kamara, 76 - Ceyms Adeniyi, 46. David Volkov, 64

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlhаm Əliyev  

“ASK Arena”

İlk 3 dövrədəki oyunlar - 1:1, 1:2, 0:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi