Yuxarı

Azərbaycan Premyer Liqası: Lider autsayderə qalib gələ bilməyib

Azərbaycan Premyer Liqası: Lider autsayderə qalib gələ bilməyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir qarşılaşma keçirilib.

“Report” xəbər verir ki, “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Bakcell Arena”dakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Premyer Liqada birinci pillədə qərarlaşan “Neftçi” bu nəticədən sonra xallarının sayını 26-a çatdırıb. “Zirə” isə 6 xalla 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında “Səbail” “Sabah”ı 4:0 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Sumqayıt” - “Keşlə” və “Qəbələ” - “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi