Azərbaycan millisinin Xorvatiyaya qarşı seçmə oyunu və Litva ilə yoldaşlıq görüşü üçün təlim-məşq toplanışı başlayıb

Azərbaycan millisinin Xorvatiyaya qarşı seçmə oyunu və Litva ilə yoldaşlıq görüşü üçün təlim-məşq toplanışı başlayıb Bu gün Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb.
Futbol
16 Mart , 2019 19:30
Azərbaycan millisinin Xorvatiyaya qarşı seçmə oyunu və Litva ilə yoldaşlıq görüşü üçün təlim-məşq toplanışı başlayıb

Bu gün Milli Komandaların Məşq Mərkəzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov Azərbaycan milli komandası ilə görüşüb. 

"Report"un məlumatına görə, AFFA rəhbərliyi AÇ-2020-in seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqreb şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb, müvafiq tövsiyələrini verib. 

Qeyd edək ki, Azərbaycan millisi Zaqrebə martın 19-da yollanacaq və bundan 2 gün sonra "Maksimir" stadionunda Xorvatiya yığması ilə görüşəcək. Litva ilə qarşılaşma isə martın 25-də "Bakcell Arena"da olacaq.

Son xəbərlər

Orphus sistemi