Qurumun prezidenti Borislav Mixaylov baş məşqçinin istefaya göndərilməsinə səbəb kimi yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsindəki uğursuz çıxışını göstərib. Azərbaycan millisi ilə eyni qrupda yer alan Bolqarıstan 4 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Ötən tur bolqarlar öz meydanında Maltanı yenə bilməyib - 1:1. Yeganə qələbə isə Bakıda Azərbaycan yığması ilə görüşdə qazanılıb - 2:1.
Qeyd edək ki, yeni baş məşqçinin adı yaxın bir ay ərzində açıqlanacaq. O, yenə yerli mütəxəssis olacaq.