Azərbaycan millisinin rəqibi baş məşqçisini istefaya göndərib

Azərbaycan millisinin rəqibi baş məşqçisini istefaya göndərib Səbəb kimi Bolqarıstan yığmasının zəif çıxışı göstərilib
Futbol
21 Noyabr , 2014 10:32
Azərbaycan millisinin rəqibi baş məşqçisini istefaya göndərib
Bakı. 21 noyabr. REPORT.AZ/ Futbol üzrə Bolqarıstan milli komandasının baş məşqçisi Lyuboslav Penev istefaya göndərilib. "Report"un məlumatına görə, bu barədə Bolqarıstan Futbol İttifaqının İcraiyyə Komitəsi qərar qəbul edib. 

Qurumun prezidenti Borislav Mixaylov baş məşqçinin istefaya göndərilməsinə səbəb kimi yığmanın AVRO-2016-nın seçmə qrup mərhələsindəki uğursuz çıxışını göstərib. Azərbaycan millisi ilə eyni qrupda yer alan Bolqarıstan 4 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Ötən tur bolqarlar öz meydanında Maltanı yenə bilməyib - 1:1. Yeganə qələbə isə Bakıda Azərbaycan yığması ilə görüşdə qazanılıb - 2:1.

Qeyd edək ki, yeni baş məşqçinin adı yaxın bir ay ərzində açıqlanacaq. O, yenə yerli mütəxəssis olacaq. 

Son xəbərlər

Orphus sistemi