Yuxarı
    Bağlamaq

    Azərbaycan millisinin rəqibi ciddi itki ilə üzləşib

    Luka Modriç bir aylıq sıradan çıxıb

    Bakı. 17 noyabr. REPORT.AZ/ Xorvatiya milli komandasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç bir ay müddətinə sıradan çıxıb. "Report"un məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi yığmanın heyətində İtaliya millisi ilə AVRO-2016-nın seçmə qrup matçında zədələnib.

    Tibbi müayinə nəticəsində onun qasıq əzələlərinin dartıldığı müəyyənləşib. Bu səbəbdən, Modriç İspaniya çempionatında 4, Çempionlar Liqasında növbəti 2 oyunu buraxacaq. Təcrübəli futbolçu dekabrın 16-da start götürəcək klublararası dünya çempionatını da buraxa bilər.

    Qeyd edək ki, İtaliya - Xorvatiya matçında qalib müəyyənləşməyib - 1:1. Hər iki komanda Azərbaycan millisi ilə eyni qrupda yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi